Ana Sayfa > Özəl > Hindistan qarışıqlıq içindədir! Komendant saatı elan edildi
Hindistan qarışıqlıq içindədir! Komendant saatı elan edildiDünən, 20:45. Yazar: sevinc1 |
![]() Hindistanın idarə etdiyi mübahisəli Ladax bölgəsində dövlətçilik tələbi ilə keçirilən nümayişlərdən sonra Leh şəhərində komendant saatı elan edilib. Press Trust of India (PTI) agentliyinin məlumatına görə, Ladax vilayətinin dövlətçiliyi tələbi ilə dünən başlayan nümayişlərdən sonra regional Leh şəhərində ciddi təhlükəsizlik tədbirləri görülüb. Əksəriyyəti polis olmaqla 4 nəfərin öldüyü və 80-dən çox insanın yaralandığı Lehdə komendant saatı tətbiq edilib. Nümayişlərdə iştirakda şübhəli bilinən azı 50 nəfər saxlanılıb. Lehdə dövlətçilik və konstitusiya təminatları tələbi ilə başlayan nümayişlər polislə etirazçılar arasında baş verən toqquşmalarda 4 nəfərin ölümü və çoxlu sayda yaralanması ilə nəticələnib. Əvvəllər aclıq aksiyası keçirən etirazçılar dövlətçiliyi tələb etmək üçün yerli sakinləri dükanları, məktəbləri və dövlət idarələrini bağlı saxlamağa çağırıblar. Ladax Hindistan və Çin arasında sərhəd mübahisələri ilə yadda qalan bir bölgədir. Pakistan isə Ladaxı Cammu və Kəşmirin bir hissəsi hesab edir və onun statusunu mübahisəli hesab edir. aia.az Tərcümə şöbəsi Geri dön |