Ana Sayfa > Özəl > Qızının meyitini 20 il dondurucuda saxlayan qadın saxlanılıb
Qızının meyitini 20 il dondurucuda saxlayan qadın saxlanılıbDünən, 20:40. Yazar: sevinc1 |
![]() Yaponiyanın İbaraki prefekturasında 75 yaşlı qadın qızının cəsədini 20 ilə yaxın dərin dondurucuda saxlamaqda şübhəli bilinərək saxlanılıb.Yapon mediasının məlumatına görə, İbaraki prefekturasının Ami şəhərində yaşayan 75 yaşlı qadın qohumu ilə polis bölməsinə gedərək qızının cəsədinin evindəki dondurucuda olduğunu deyib Polisin bildirdiyinə görə, qadın “iyirmi il əvvəl cəsədin qoxusu bütün evi bürüyüb, ona görə də dondurucu alıb ora qoydum” dediyini bildirib. Yaşlı qadın qızının cəsədini təxminən 20 il dərin dondurucuda saxlamaqda şübhəli bilinərək nəzarətə götürülüb. Qadın meyiti təxminən 85 santimetr hündürlüyü, 95 santimetr eni və 60 santimetr dərinliyində olan və evinin birinci mərtəbəsindəki mətbəxdə yerləşən dondurucuda gizlətməkdə şübhəli bilinir. aia.az Tərcümə şöbəsi Geri dön |