Ana Sayfa > Özəl > ABŞ prezidenti Tramp: Qəzza ilə bağlı hansısa razılaşmaya yaxınlaşırıq

ABŞ prezidenti Tramp: Qəzza ilə bağlı hansısa razılaşmaya yaxınlaşırıq


Dünən, 20:35. Yazar: sevinc1
ABŞ prezidenti Tramp: Qəzza ilə bağlı hansısa razılaşmaya yaxınlaşırıq
ABŞ prezidenti Donald Tramp BMT-də Qəzza ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan və digər liderlərlə çox yaxşı görüş keçirdiyini qeyd edərək, “Məncə, bir növ razılığa gəlməyə yaxınıq” deyib.
ABŞ prezidenti Donald Tramp və prezident Rəcəb Tayyib Ərdoğan Ağ Evdə görüşüb.

Tramp prezident Ərdoğanı qəbul edərkən, "Prezident Ərdoğanla uzun müddətdir dostuq. O, öz ölkəsində, bütün Avropada və bütün dünyada çox hörmətli, çox hörmətli bir insandır" deyib.

"Prezident Ərdoğan çox böyük ordu qurub və onu Ağ Evdə qəbul etmək bizim üçün şərəfdir", - Tramp deyib. "Biz Türkiyə ilə çox iş görürük. Türkiyə gözəl məhsullar istehsal edir. Biz onlardan çox alırıq, onlar da bizdən çox şey alırlar".

ABŞ prezidenti Tramp Qəzza ilə bağlı BMT-də prezident Ərdoğan və digər liderlərlə çox yaxşı görüş keçirdiyini qeyd edərək, “Düşünürəm ki, bir növ razılaşma əldə etməyə yaxınıq” deyib.

aia.az
Tərcümə şöbəsi
Geri dön