Ana Sayfa > Siyasət > Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək

Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək


Dünən, 20:22. Yazar: azer
Qusarda şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir.

YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirov və İnstitutun aparıcı kardioloqlarının konsultasiyası və "Serviye Azərbaycan" MMC-nin dəstəyi ilə təşkil olunacaq aksiya oktyabrın 4-5-də Qusar rayon mərkəzi xəstəxanasında 11:00-dan 17:00-a qədər keçiriləcək.

Aksiya çərçivəsində şəhid ailəsi üzvləri və qazilər üçün rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, qarın boşluğunun ultrasəs müayinələri aparılacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonları, Lənkəran və Gəncə şəhərlərində bu qəbildən olan aksiyalar keçirilib.


Geri dön