Ana Sayfa > Özəl > Latakiyadakı meşə yanğınlarının əksəriyyəti nəzarət altına alınıb

Latakiyadakı meşə yanğınlarının əksəriyyəti nəzarət altına alınıb


Dünən, 20:10. Yazar: sevinc1
Latakiyadakı meşə yanğınlarının əksəriyyəti nəzarət altına alınıb

Suriyanın Latakiya çölündə Türkmən dağlarında baş verən meşə yanğınlarının 80 faizindən çoxunun nəzarət altına alındığı bildirilir
Suriya Xəbər Agentliyinin (SANA) məlumatına görə, Latakiya kəndi ərazisindəki Türkmən dağında 5 gün əvvəl başlayan meşə yanğınlarının 80%-dən çoxu nəzarət altına alınıb.

Latakiya Mülki Müdafiə Direktoru Abdulkafi Kiyal bildirib ki, yanğınsöndürənlərin davamlı müdaxiləsi sayəsində yanğının davam etməsinin qarşısı böyük ölçüdə alınıb.

Yanğının tamamilə söndürülməsi üçün soyutma işlərinin davam etdiyini bildirən Kiyal, bölgədəki çətin relyefə baxmayaraq, qrupların nizam-intizamla işlərini davam etdirdiyini bildirib.

aia.az
Tərcümə şpbəsi
Geri dön