Ana Sayfa > Ölkə > Bakıdan evlərdən 12 min manatlıq qızıl oğurlanıb
Bakıdan evlərdən 12 min manatlıq qızıl oğurlanıbBu gün, 11:35. Yazar: sevinc1 |
![]() Binəqədi və Sabunçu rayonlarında qızıl oğurlayan şəxslər saxlanılıblar. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı E.Rzayev müəyyən olunaraq saxlanılıb. Analoji hadisə Sabunçu rayonunda da baş verib. Evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 26 yaşlı qadın da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |