Ana Sayfa > Ölkə > Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildi
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edildiBu gün, 11:01. Yazar: sevinc1 |
![]() Bir qrup ictimai xadim tanınmış şair Əlisəmid Kürün səhhəti ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya müraciət edib. aia.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli Mehriban xanım, Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimlərinə daim yüksək diqqət və qayğı göstərmiş, humanizm və xeyirxahlıq nümunəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır. Bu nəcib fəaliyyətinizə görə Sizə dərin minnətdarlığımızı çatdırırıq. Məlumat üçün bildirmək istərdik ki, Azərbaycanın tanınmış şairi, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Əlisəmid Kürün səhhətində ciddi problemlər yaranmışdır. O, sentyabrın 15-i axşam saatlarında qaraciyər və böyrək çatışmazlığı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 18 sentyabr tarixində isə Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Əlisəmid Kürün vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir. Əlisəmid Kür Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibi kimi fəaliyyət göstərib. Sizin humanizm və ədəbiyyat xadimlərinə qayğı ənənənizə güvənərək, hörmətli şairimizin müalicəsinin Heydər Əliyev Fondunun nəzarətinə götürülməsini və onun sağlamlığının bərpası üçün zəruri tədbirlərin görülməsini xahiş edirik. Əvvəlcədən təşəkkürümüzü bildirir, Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq. Hörmətlə, Nəriman Həsənzadə, Xalq şairi Ramiz Rövşən, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq şairi Vahid Əziz, Xalq şairi Afaq Məsud, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Nizami Cəfərov, akademik Rasim Balayev, Xalq artisti Hacı İsmayılov, Xalq artisti Şeyx Əbdül Mahmudov, Xalq artisti Hüseyn Haqverdi, Xalq rəssamı Aqil Abbas, deputat, yazıçı Səyyad Aran, deputat, yazıçı Elnarə Akimova , deputat, ədəbiyyatşünas Rüstəm Behrudi, şair Umud Rəhimoğlu, Əməkdar Mədəniyyət işçisi Azər Turan, Əməkdar Mədəniyyət işçisi Elçin Hüseynbəyli, Əməkdar İncəsənət xadimi Səlim Babullaoğlu, şair İlqar Fəhmi, Əməkdar Mədəniyyət işçisi Məhəmmədhüseyn Hüseynov, Əməkdar rəssam Vüqar Muradov, Əməkdar rəssam Natik Səfərov, Əməkdar rəssam Azad Əliyev, Əməkdar rəssam İlqar Əlfi, Əməkdar jurnalist Qabil Abbasoğlu, Əməkdar jurnalist Yusif Rzayev, Əməkdar jurnalist Paşa Qəlbinur, şair, həkim Saday Budaqlı, yazıçı Fəxri Uğurlu, yazıçı Etimad Başkeçid, yazıçı Şərif Ağayar, yazıçı Mübariz Örən, yazıçı İlham Əziz, yazıçı Aqşin Yenisey, şair Qismət Rüstəmov, şair Mirmehdi Ağaoğlu, yazıçı Şəhriyar del Gerani, şair Ülviyyə Heydərova, yazıçı-dramaturq Fərid Hüseyn, şair Vasif Ayan, jurnalist aia.az Geri dön |