Ana Sayfa > Gündəm > “Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib

“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib


Bu gün, 09:45. Yazar: sevinc1
“Bakı Metropoliteni”nin Müşahidə Şurasının tərkibi yenilənib

“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibi yenilənib.

aia.az xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Hüquq departamentinin direktoru Toğrul Quluzadə və Tikinti layihələrinin idarəolunması departamentinin direktoru Murad Əhmədov QSC-nin Müşahidə Şurasının üzvləri təyin edilib.

Qeyd edək ki, Şuranın rəhbəri AZCON-un icraçı direktoru Şahin Babayevdir. Eyni zamanda AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləridir.

aia.az
Geri dön