Ana Sayfa > İdman > FIFA referimiz Avropa çempionatının seçmə mərhələsində
FIFA referimiz Avropa çempionatının seçmə mərhələsindəBu gün, 13:40. Yazar: sevinc1 |
![]() Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb. aia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq. K.Umudlu oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək. aia.az Geri dön |