Ana Sayfa > Özəl > Tramp Avropanı məhv edən problemləri adlandırıb
Tramp Avropanı məhv edən problemləri adlandırıbDünən, 20:41. Yazar: sevinc1 |
![]() Miqrasiya və enerji məsələləri Avropanı məhv edən “iki başlı canavar”dır. RİA Novosti xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, BMT “nəinki həll etməli olduğu problemləri həll edə bilmir”, həm də çox vaxt “yeni problemlər yaradır”. O, buna misal olaraq nəzarətsiz miqrasiyanı göstərib. “Ölkələriniz cəhənnəmə gedəcək”, - deyə Tramp Avropa dövlətlərinə müraciət edib. O, əmindir ki, “təcili nəsə edilməsə” miqrasiya Qərbi Avropanın məhvinə gətirib çıxaracaq. O hesab edir ki, Avropa ABŞ-ın ardınca getməli və sərhədi keçən hər kəsi saxlayıb deportasiya etmək də daxil olmaqla, qəti addımlar atmalıdır. Bu baş verərsə, onlar sadəcə olaraq “gəlməyi dayandıracaqlar”, Tramp iddia edir. "Mən Avropaya əhəmiyyət verirəm, Avropanı sevirəm, Avropa xalqını sevirəm və Avropanın enerji və miqrasiya məsələləri ilə necə məhv olması məni ağrıdır. Bu ikibaşlı canavar yolunda olan hər şeyi məhv edir. Biz bunun baş verməsinə icazə verə bilmərik", - deyə Amerika lideri yekunlaşdırıb. aia.az Tərcümə şöbəsi Geri dön |