Ana Sayfa > Siyasət > Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşüb
Ceyhun Bayramov Yohan David Vadeful ilə görüşübBu gün, 10:01. Yazar: sevinc1 |
![]() Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. aia.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib. Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib. Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. aia.az Geri dön |