Ana Sayfa > İqtisadiyyat > Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq18-02-2017, 17:57. Yazar: admin |
Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq. Bu barədə ölkənin ticarət naziri bəyanat yayıb. Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün daşınmaların dayandırılmasına aydınlıq gətirməyib. Cənubi Koreyanın "Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb. AİA.az Geri dön |