Ana Sayfa > Özəl > Quterreş BMT prinsiplərinin heç vaxt olmadığı kimi hücuma məruz qaldığını deyib

Quterreş BMT prinsiplərinin heç vaxt olmadığı kimi hücuma məruz qaldığını deyib


Dünən, 20:49. Yazar: sevinc1
Quterreş BMT prinsiplərinin heç vaxt olmadığı kimi hücuma məruz qaldığını deyib

BMT-nin Baş katibi Antonio Quterreş BMT-nin 80 il əvvəl sülh üçün yaradıldığını, lakin indi onun prinsiplərinin heç vaxt olmadığı kimi hücuma məruz qaldığını bildirib.
Quterreş BMT-nin 80 illik yubileyi münasibətilə keçirilən Baş Assambleyanın iclasında çıxış edib.


Guterres, BMT-nin qurucularının İkinci Dünya Müharibəsi kimi böyük bir müharibənin şahidi olduqlarını izah edərək, "Sülh ən cəsarətli, ən praktik və ən zəruri axtarışdır. BMT-ni qurarkən qeyri-adi bir şey yaratdılar" dedi.

Quterreş, "Ancaq biz toplaşdıqca BMT-nin prinsipləri heç vaxt olmadığı kimi hücuma məruz qalır. Qəzzada, Ukraynada, Sudanda və onun hüdudlarından kənarda mülki şəxslər hədəfə alınır və beynəlxalq qanunlar pozulur" dedi.

Quterreş, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişlərin dayandığını, yoxsulluq və aclığın artdığını qeyd edərək, dünyanın iqlim böhranı ilə mübarizə apararkən, eyni zamanda çoxqütblü dünyaya doğru irəlilədiyini vurğulayıb.

Quterreş çoxqütblülüyün risklərini vurğulayaraq, "Bu çətinliklərin öhdəsindən gəlmək üçün biz BMT-ni təkcə müdafiə etməməliyik, həm də onu gücləndirməliyik" dedi.

BMT-nin qlobal problemlərin həllində bəzi uğurlara imza atdığını xatırladan Quterreş, "İrəliyə doğru tək yol birlikdədir. Gəlin aydınlıq, cəsarət və inamla birlikdə ayağa qalxaq və sülh vədini yerinə yetirək" dedi.

aia.az
Tərcümə şöbəsi
Geri dön