Ana Sayfa > Özəl > Əlcəzair: Fransa ilə imzalanan qarşılıqlı viza azadlığı müqaviləsi ləğv edilib

Əlcəzair: Fransa ilə imzalanan qarşılıqlı viza azadlığı müqaviləsi ləğv edilib


Dünən, 20:15. Yazar: sevinc1
Əlcəzair:  Fransa ilə imzalanan qarşılıqlı viza azadlığı müqaviləsi ləğv edilib
Əlcəzair 2013-cü ildə Fransa ilə imzalanan və diplomatik pasport sahiblərinə qarşılıqlı viza azadlığı verən müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Əlcəzair Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək, diplomatik pasport sahiblərinə qarşılıqlı viza azadlığı verən razılaşmanın ləğvi qərarının Rəsmi Qəzetdə dərc edildiyini açıqlayıb.


Qeyd olunub ki, sözügedən qərar Fransa tərəfinin sazişin icrasını dayandırmasından sonra verilib.

Əlcəzair hökumətinin diplomatik pasportlara malik Fransa vətəndaşları üçün viza tələb olunacağı barədə Fransa hökumətini məlumatlandırdığı bildirilir.

Fransa prezidenti Emmanuel Makronun avqustun 7-də Əlcəzair diplomatik pasport sahiblərinə verdiyi viza azadlığını dayandırmaq qərarından sonra Əlcəzair Fransa diplomatik pasport sahiblərinə viza azadlığı verən sazişi ləğv etmək qərarına gəlib.

aia.az
Tərcümə şöbəsi
Geri dön