Ana Sayfa > Ölkə > Metroda problem yarandı

Metroda problem yarandı


Bu gün, 17:48. Yazar: sevinc1
Metroda problem yarandı

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb.

aia.az xəbər verir ki, yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

aia.az
Geri dön