Ana Sayfa > Gündəm > AzQAC-ın könüllüləri və əməkdaşları Xankəndidə “Ümumdünya İlk Yardım Günü”nü qeyd ediblər

AzQAC-ın könüllüləri və əməkdaşları Xankəndidə “Ümumdünya İlk Yardım Günü”nü qeyd ediblər


Bu gün, 11:35. Yazar: azer
AzQAC-ın könüllüləri və əməkdaşları Xankəndidə “Ümumdünya İlk Yardım Günü”nü qeyd ediblər

2025-ci il sentyabrın 18-də Xankəndidə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və könüllüləri tərəfindən “Ümumdünya İlk Yardım Günü” münasibətilə geniş miqyaslı tədbir təşkil olunub. Məqsəd əhalinin ilk yardım üzrə maarifləndirilməsi və həyat qurtarmaq bacarıqlarının təbliği, həmçinin, 13 Sentyabr “İlk Yardım Günü”nün Qeyd olunmasıdır.

aia.ax xəbər verir ki, tədbirin təşkilatçıları və aparıcıları AzQAC Baş Qərargahının, Qarabağ, Sumqayıt, Bərdə, Tərtər və Füzuli regional mərkəzlərinin və bölmələrinin rəhbərliyi və könüllüləri olub.

“Ümumdünya İlk Yardım Günü” hər il sentyabr ayının ikinci şənbə günü qeyd olunur. Bu təşəbbüs 2000-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən təsis edilib və məqsədi ilk yardım bacarıqlarının gündəlik həyatda və fövqəladə hallarda əhəmiyyətini vurğulamaqdır. Hər il bü günlə bağlı müxtəlif şüarlar təklif edilir. Bu ilin şüarı “İlk Yardım və İqlim Dəyişikliyi” dir.

Artan iqlim dəyişikliyi ilə üzləşən dünyada, təhlükə və fəsadların aradan qaldırılması və fövqəladə hallara hazırlıq məqsədilə ilk yardım bacarıqlarına yiyələnmək və onlara tədbiq etmək vacibdir.

Tədbir çərçivəsində Xankəndinin mərkəzində ilk yardım çadırları qurulub, maarifləndirici bannerlər və stendlər yerləşdirilmişdir.

Daha sonra seçilmiş mövzular – qanaxmaların dayandırılması qaydaları, burun qanaxması, sınıqlar, yanıqlar, bərpa vəziyyəti və daşınma üsulları üzrə ətraflı açıqlamalar verilib, praktiki nümayişlər təşkil olunmuşdur. Tədbir interaktiv qaydada sorğu-sual formasında keçirilib. Təlimçilər iştirakçıların suallarını cavablandırıb, həmçinin, onları praktiki məşqlərdə iştirak etmək üçün dəvət etmişlər.

Xüsusi maraq doğuran son hissə ürəyin dolayı masajı üzrə praktiki qaydada izahatlarlarla və nümayişlərlə təqdim edilmişdir. Bu mövzununun davamı olaraq AzQAC-ın könüllüləri flash mob təşkil edərək xüsusi bacarıqları göstərmişlər.

Tədbirin yekun hissəsində iştirakçılara ilk yardım mövzusunda bukletlər paylanılmışdır. AzQAC-ın nümayəndələri verilən İlk Yardım biliklər və bacarıqların insanlara istənilən şəraitdə həm özlərinə, həm də yaxınlarına vaxtında kömək etməyə və həyat xilas etməyə imkan yaratdığını və vəacib olduğunu vurğulamışlar.

Tədbir qrup şəkli ilə yekunlaşıb.
Geri dön