Ana Sayfa > Karusel / Gündəm > Kamran Əliyev:
Kamran Əliyev:Bu gün, 10:51. Yazar: sevinc1 |
![]() Yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. aia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib. O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək: "Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir". aia.az Geri dön |