Ana Sayfa > Cəmiyyət / Karusel > Körpə qız qaynar süd qazanına düşdü

Körpə qız qaynar süd qazanına düşdü


18-02-2017, 17:17. Yazar: admin
Körpə qız qaynar süd qazanına düşdü

Salyan rayonunda üç yaşlı qız yanıb.

AİA.Az report.az-a istinadən bildirir ki, hadisə şəhərin Əlövsət Quliyev küçəsi bina 2, mənzil 1 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2014-cü il təvəllüdlü Fatimə Nahid qızı Nəsirova süd qazanına düşüb.

Nəticədə üz nahiyəsindən yanıq xəsarətləri alan uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, xəstəxanada ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə göndərilib.

AİA.az
Geri dön