Ana Sayfa > Karusel / Ölkə > Tovuz sakini döyülərək öldürüldü -
Tovuz sakini döyülərək öldürüldü -Bu gün, 10:07. Yazar: sevinc1 |
![]() Tovuzda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə aia.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. *** 00:58 Sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində 1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan aia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib. Şübhəli şəxs Y.Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |