Ana Sayfa > Parlament > Dəm qazı iki nəfərin həyatına son qoydu
Dəm qazı iki nəfərin həyatına son qoydu18-02-2017, 16:36. Yazar: admin |
Ötən gün Binəqədi rayonunda iki nəfər dəm qazının qurbanı olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 17-də Binəqədi rayonunda yaşayan Həbib Əliyev və Biləcəri qəsəbəsində yaşayan Nailə Zeynalova evlərində dəm qazından zəhərlənərək ölüblər. Baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır. AİA.az Geri dön |