Ana Sayfa > Özəl > Havanın çirklənməsi Ərbildə həyatı çətinləşdirir
Havanın çirklənməsi Ərbildə həyatı çətinləşdirirDünən, 21:41. Yazar: sevinc1 |
![]() Qum fırtınalarının yaratdığı hava çirkliliyi İraqın şimalındakı Ərbil şəhərində həyatı çətinləşdirir. Səhər saatlarında aşağı səviyyədə qalan havada toz günorta saatlarında intensivliyini artırıb. Axşama doğru güclənən havadakı toz görmə qabiliyyətini xeyli azaldıb. Cümə və şənbə günləri həftə sonu tətili olan Ərbildə havanın isti keçməsi səbəbindən sakinlər axşam saatlarında küçəyə çıxarkən güclü tozla qarşılaşıblar. Şəhərdə adətən izdihamlı olan küçə və prospektlərdə havanın intensiv çirklənməsi səbəbindən sakitlik hökm sürür. Görünüşün azalması bəzi yerlərdə küçələrdə nəqliyyatın hərəkətinə səbəb olub. Ərbildə havanın çirklənməsinə neft emalı zavodları, nəqliyyat vasitələri və elektrik enerjisi istehsalı üçün istifadə olunan generatorlar səbəb olur. Toz fırtınaları havada tozun səviyyəsini artıraraq təhlükəli səviyyələrə çatır. Mütəxəssislər hava çirkliliyinə görə Yaxın Şərqin “ən çirkli şəhərləri” sırasına daxil etdikləri Ərbildə vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görülməli olduğuna diqqət çəkirlər. aia.az Tərcümə şöbəsi Geri dön |