Ana Sayfa > Özəl > İsrail İordaniya üzərindən Qəzzaya yardım axınını dayandırmağa qərar verib
İsrail İordaniya üzərindən Qəzzaya yardım axınını dayandırmağa qərar veribBu gün, 19:41. Yazar: sevinc1 |
![]() İki əsgərin ölümü ilə nəticələnən Kral Hüseyn (Allenbi) körpüsü yaxınlığında dünənki hücumdan sonra İsrail Baş Qərargah rəisi Eyal Zamirin İordaniyadan Qəzzaya yardım axınının dayandırılması əmri verdiyi bildirilir. İsrail ordusu yazılı açıqlama yayaraq, Zamirin İordan çayının qərb sahili ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) körpüsündə yoxlamalar apardığını qeyd edib. İsrail İordan çayının qərb sahili ilə İordaniya arasındakı Kerame sərhəd-keçid məntəqəsini iki gün müddətinə bağlayıb. İşğal altındakı İordan çayının qərb sahili ilə İordaniya arasındakı keçid məntəqəsində silahlı hücum nəticəsində iki israilli həlak olub. Açıqlamada, Baş Qərargah rəisi Zamirin "hücumla bağlı araşdırma tamamlanana və lazımi dərslər alınana qədər yardım karvanlarının dayandırılması əmri verdiyi" qeyd edilib. Məlumata görə, Zamir əraziyə baxış keçirərkən bu açıqlamanı verib: "Dünən burada iki əsgərimiz həlak oldu. Bu, təhlükəli və dəhşətli hadisədir. Biz bunu hərtərəfli araşdırmalı və nəticə çıxarmalıyıq. Biz bayram mövsümü ərəfəsindəyik (gələn həftə Roş-Ha-Şana ilə başlayıb, Yom Kippur və Sukkot ilə davam edir). Bu, daim ayıq-sayıq olmağımız lazım olan bir dövrdür". Ötən gün İordan çayının qərb sahili ilə İordaniya arasında İsrailin işğalı altında olan sərhəd keçid məntəqəsi olan Kral Hüseyn körpüsünə (Allenbi) silahlı hücum nəticəsində iki İsrail əsgərinin öldürüldüyü bildirilir. İsrail mediası hücumçunun qarşıdurmada öldürüldüyünü bildirib. Hücum edənin İordaniya vətəndaşı olduğu və Qəzzaya yardım aparan yük maşınlarından birinin sürücüsü təyin edildiyi iddia edilib. İsrailin Baş Qərargah rəisi Zamirin siyasi elitaya İordaniyadan yardım axınının dayandırılmasını tövsiyə etdiyi bildirilir. aia.az Tərcümə şöbəsi Geri dön |