Ana Sayfa > Özəl > Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib.
Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib.Bu gün, 17:39. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası (YAP)Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin "Konsititusiya və suverenlik ili" çərçivəsində növbəti məşğələsi "Şanlı tariximizin parlaq səhifəsi" mövzusuna həsr olunub. aia.az xəbər verir ki, rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq belə məşğələlərin keçirilməsinin zəruriliyi və əhəmiyyəti barədə məlumat verib.O, məktəblilərə 20 sentaybr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın iqtisadi cəhətdən güclənməsindəki rolundan,qara qızılın insan kapitalına çevrilməsi yolundakı mahiyyətindən danışılb Təşkilat sədri qeyd edib ki,20 sentyabr tarixi həm də Suverenlik günü kimi qeyd olunmaqla Xankəndi,Xocalı,Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad olunması ilə meydana gələn tarixi əhəmiyyət daşıyır. Məşğələdə şagirdlər qarşısında çıxış edən Qusar rayon İcra Hakiniyyətinin aparıcı məsləhətçisi Kamran Sədullayev suveren dövlətimizin möhkəmlənməsi yolunda gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsinin mahiyyətinə toxunub. Məruzəçilər Neva Abdurahmanova, Rauf Minhacov, Bahaddin Osmanov dövlət neft strategiyası,əldə olunan nailiyyətlər,dövlətçilik ənənələrinin öyrənilməsi haqqında məlumatlarla çıxış edərək şagirdlərin suallarını cavablandlrıblar. Şağirdlərə H.Əliyev Mərkəzinin muzey bölməsində " Ulu Öndər Heydər Əliyev və Əsrin müqaviləsi "mövzusunda fotoeksponatlara əsasən məlumatlar verilib. Geri dön |