Ana Sayfa > Ölkə > Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı -
Qatarların qarşısına 81 dəfə qəfil insan çıxdı -Bu gün, 17:00. Yazar: sevinc1 |
![]() Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb. Bu barədə aia.az-a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb. "ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib. aia.az Geri dön |