Ana Sayfa > Özəl > Putin Ukraynada təmas xəttində 700 mindən çox rus əsgərinin olduğunu bildirib

Putin Ukraynada təmas xəttində 700 mindən çox rus əsgərinin olduğunu bildirib


Dünən, 21:19. Yazar: sevinc1
Putin Ukraynada təmas xəttində 700 mindən çox rus əsgərinin olduğunu bildirib
Rusiya prezidenti Vladimir Putin Ukraynada təmas xəttində 700 mindən çox rus əsgərinin olduğunu bildirib.
Kreml Sarayından verilən açıqlamaya görə, Putin Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının partiya liderlərini qəbul edib.

Görüş zamanı Putin Ukraynada döyüşən rus əsgərlərinin dövlət qurumlarında işə götürülməsi məsələsinə toxunaraq, "Təmas xəttində 700 mindən çox insan var. Onların arasından dövlət qurumlarında işləməyi bacaran və işləmək istəyənləri seçmək lazımdır" deyib.

Putin bəyan edib ki, Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı” uğurlu olmalı və ölkənin demoqrafik vəziyyəti yaxşılaşdırılmalıdır.

aia.az
Tərcümə şöbəsi
Geri dön