Ana Sayfa > Özəl > Latviya Müdafiə Nazirliyi Rusiya və Belarusla sərhədə yaxın səmanın bağlanmasının müddətinin uzadıldığını açıqlayıb

Latviya Müdafiə Nazirliyi Rusiya və Belarusla sərhədə yaxın səmanın bağlanmasının müddətinin uzadıldığını açıqlayıb


Bu gün, 20:06. Yazar: sevinc1
Latviya Müdafiə Nazirliyi Rusiya və Belarusla sərhədə yaxın səmanın bağlanmasının müddətinin uzadıldığını açıqlayıb
Latviyanın Rusiya və Belarusla sərhədə yaxın hava məkanı qaranlıq saatlarda oktyabrın 8-dək bağlı olacaq.
Bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.

“Latviyanın Belarus və Rusiya ilə şərq sərhədi yaxınlığındakı hava məkanına qoyulan məhdudiyyətlər sentyabrın 18-dən oktyabrın 8-dək davam edərək, qaranlıq vaxtlarda (Moskva vaxtı ilə saat 20:00-dan səhər saat 7:00-a qədər) bağlı olacaq”, - məlumatda deyilir.
Sentyabrın 11-də Latviyanın müdafiə naziri Andris Spruds Belarus və Rusiya ilə şərq sərhədi yaxınlığında ölkənin hava məkanının bağlanacağını açıqlayıb. Həmin gün Polşa Hava Nəqliyyatı Agentliyi Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub.

Belarus Xarici İşlər Nazirliyi Polşa və Latviyanın hava məkanını bağlamaq qərarını kəskin şəkildə pisləyib. Onlar qeyd ediblər ki, bu tədbirlərin “qeyri-müəyyən təhdidlərlə heç bir əlaqəsi yoxdur və ABŞ-ın Belarusun Belavia aviaşirkətinə qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları ləğv etməsi fonunda xüsusilə absurd görünür”.

aia.az
Tərcümə şöbəsi
Geri dön