Ana Sayfa > Gündəm / Manşet > "Yanvardan indiyədək 200-dən çox zəlzələ olub"

"Yanvardan indiyədək 200-dən çox zəlzələ olub"


18-02-2017, 12:44. Yazar: admin
"Yanvardan indiyədək 200-dən çox zəlzələ olub"

“Ölkə ərazisində yanvar ayından indiyədək 200-dən çox yeraltı təkan qeydə alınıb. Amma onlar hiss olunmayıb”

AİA.az xəbər verir ki, bu barədə AzVision.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirb. Onun sözlərinə görə, bu gecə səhərə qədər 10-dan çox zəif təkan olub.

Azərbaycanda güclü zəlzələnin olması ehtimalına gəlincə, Q.Yetirmişli bildirib ki, zəlzələ olub, olacaq və olmalıdır: “Azərbaycan seysmik baxımdan aktiv bölgədir. Zəlzələnin hansı gün, hansı saatda və yerdə olacağını heç kim deyə bilməz. Dünyada belə bir texnologiya yoxdur. Ən inkişaf etmiş ölkələrdə belə qabaqcadan zəlzələni müəyyən etmək mümkün deyil. “Zəlzələ olacaq” kimi fikirlərə gəldikə isə zəlzələ həmişə olur. Onun hiss edilib-edilməyəni var”.

Baş direktor qeyd edib ki, 2016-ci ildə zəif təkanların sayı 2015-ci ilə nisbətən çox olub, amma hiss olunan zəlzələlərin sayında azalma müşahidə edilir: “Ötən il 2015-ci ilə nisbətən zəlzələlərin sayı çox olsa da, hiss edilənlərin sayı əvvəlki ilə nisbətən azdır. 2016-cı ildə hiss olunan güclü zəlzələ İmişli rayonunda baş vermişdi. Ondan əvvəlik ildə isə 6-7 ballıq hiss olunan zəlzələ qeydə alınıb”.

AİA.az
Geri dön