Ana Sayfa > Gündəm / Manşet > "Avropa miqrantların qarşısında divarlar çəkir"

"Avropa miqrantların qarşısında divarlar çəkir"


18-02-2017, 12:29. Yazar: admin
"Avropa miqrantların qarşısında divarlar çəkir"

"Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri, demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir".

AİA.Az APA-ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: "Azərbaycanın bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!"

AİA.az
Geri dön