Ana Sayfa > Ölkə > 25 minə yaxın piyada barəsində protokol tərtib edilib
25 minə yaxın piyada barəsində protokol tərtib edilibBu gün, 13:19. Yazar: sevinc1 |
![]() Bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar: "Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməli, piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər". aia.az Geri dön |