Ana Sayfa > Gündəm > Obama ABŞ prezidentlərinin reytinqində 12-ci oldu

Obama ABŞ prezidentlərinin reytinqində 12-ci oldu


18-02-2017, 12:13. Yazar: admin
Obama ABŞ prezidentlərinin reytinqində 12-ci oldu

Amerikalı tarixçilər Barak Obamaya ABŞ prezidentlərinin reytinqində 12-ci yeri verib.

AzVision.az xəbər verir ki, reytinqi C-SPAN telekanalı və 91 tarixçi birgə tərtib edib.

Obama fəaliyyəti dövründə iqtisadiyyat sahəsində ən yaxşı nəticələr göstərdiyinə görə səkkizinci yer, beynəlxalq münasibətlərdə göstərdiyi pis nəticələrə görə isə 39-cu pillədə qərarlaşıb.

Bunula da Barak Obama reytinqə əsasən indiyədək ABŞ-a rəhbərlik edən şəxslər arasında 12-ci yeri tutub. Obamadan əvvəl ölkəni idarə edən Corc Buş 33-ü yerdə qərarlaşıb.

Reytinqdə ilk üç yeri Avraam Linkoln, Corc Vaşinqton və Franklin Ruzvelt tutur. Sonuncu yerləri Ceyms Byukenen, Endryu Conson və Franklin Pirsin adı var.

AİA.az
Geri dön