Ana Sayfa > Özəl > 2020-ci ildə Beyrut limanında baş vermiş partlayışla bağlı axtarışda olan İqor Qreçuşkin Bolqarıstanda tutulub
2020-ci ildə Beyrut limanında baş vermiş partlayışla bağlı axtarışda olan İqor Qreçuşkin Bolqarıstanda tutulubDünən, 20:33. Yazar: sevinc1 |
![]() 2020-ci il avqustun 4-də Beyrutda baş verən və böyük dağıntılara səbəb olan liman partlayışına görə Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) tərəfindən qırmızı bülletenlə axtarışa verilən İqor Qreçuşkinin Bolqarıstanda yaxalandığı bildirilib. Bolqarıstan Prokurorluğu, Qreçuşkinin Livan məhkəmə orqanlarının 2020-ci ilin sentyabrında verdiyi həbs qərarı ilə axtarışda olduğunu bildirən yazılı açıqlama yayıb. Açıqlamada Qreçuşkinin “Livana partlayıcı maddələrin qaçaqmalçılığı, çoxlu sayda insanın ölümünə səbəb olan terror aktı və gəmini batırmaq üçün mexanizmləri sıradan çıxarmaq” ittihamı ilə axtarışda olduğu bildirilib. Prokurorluq Cənubi Kiprin Rum Administrasiyasında yaşayan Rusiya vətəndaşı Qreçuşkinin Bolqarıstana turist kimi təyyarə ilə gəldiyini və İnterpolun məlumat bazasını yoxladıqdan sonra qırmızı elan altında axtarışda olduğunu açıqlayıb. Sofiya Hava Limanında Sərhəd Nəzarəti İdarəsinin direktoru Zdravko Samuilov da mətbuata açıqlamasında Qreçuşkinin müqavimət göstərmədən təslim olduğunu bildirib. İnterpolun qırmızı elanı ilə axtarışda olan Qreçuşkinin baqajında şübhəli əşyaların olmadığı açıqlanıb. Beyrut limanında partlayış baş verib 4 avqust 2020-ci ildə Beyrut limanında partlayıcı maddələr olan anbarda yanğın baş verdi, ardınca bütün şəhəri sarsıdan güclü partlayış baş verdi. Partlayış nəticəsində 235-dən çox insan həlak olub, təxminən 6000 nəfər yaralanıb. Partlayış nəticəsində 300 min insanın didərgin düşdüyü də bildirilib. aia.az Tərcümə şöbəsi Geri dön |