Ana Sayfa > Özəl > ABŞ prezidenti Tramp TikTok-u əldə etmək üçün razılığa gəldiklərini açıqlayıb
ABŞ prezidenti Tramp TikTok-u əldə etmək üçün razılığa gəldiklərini açıqlayıbBu gün, 19:12. Yazar: sevinc1 |
![]() ABŞ prezidenti Donald Tramp TikTok-un alınması ilə bağlı Çinlə razılığa gəldiklərini və bir qrup böyük şirkətin TikTok-u almaq istədiyini açıqlayıb. ABŞ prezidenti Tramp Böyük Britaniyaya rəsmi səfəri üçün Ağ Evdən yola düşərkən mətbuatın suallarını cavablandırıb. Çin mərkəzli sosial media platforması TikTok-un ABŞ şirkətləri tərəfindən alınması prosesinin yekunlaşdığını açıqlayan Tramp, "TikTok mövzusunda razılığa gəldik. Çinlə razılaşdıq. Cümə günü prezident Si Cinpinlə görüşəcəyəm ki, hər şeyi aydınlaşdıraq. Yaxşı bir razılaşma əldə etdik və ümid edirəm ki, bu, hər iki ölkə üçün xeyirli olacaq". Tramp 19 sentyabr cümə günü Çin prezidenti Xi Jinping ilə görüşəcəyini və TikTok razılaşmasının yekunlaşacağını bildirib. O, "TikTok-u almaqda maraqlı olan bir qrup böyük şirkət var. Alıcıları tezliklə elan edəcəyik" dedi. ABŞ Maliyyə Naziri Scott Bessent TikTok ilə bağlı Çinlə çərçivə razılaşması əldə etdiklərini açıqlayıb və bunun ABŞ Prezidenti Donald Tramp və Çin Dövlət Başçısı Xi Jinping tərəfindən təsdiqlənməsini tələb edəcəyini bildirib. ABŞ Nümayəndələr Palatası 13 mart 2024-cü ildə "Amerikalıları Xarici Düşmən Nəzarətli Tətbiqlərdən Müdafiə Aktı"nı böyük səs çoxluğu ilə təsdiqlədi. ABŞ Senatının da qəbul etdiyi qanun layihəsi 24 aprel 2024-cü ildə o vaxtkı prezident Co Bayden tərəfindən imzalanıb. TikTok-un "milli təhlükəsizliyə təhdid" yaratdığı səbəbiylə qadağan edilməsinə yol açan qanun, onun ana şirkəti olan ByteDance-dən platformasını ABŞ şirkətinə ötürməsini və ya ABŞ-da tətbiqin qadağası ilə üzləşməsini tələb edir. ByteDance yanvarın 19-na qədər nəzarət səhm paketini təhvil verməsə, ABŞ Konqresinin ölkə daxilində tətbiqi qadağan etmək qərarı da ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənsə də, yanvarın 20-də vəzifəyə başlayan yeni prezident Donald Tramp prezident fərmanları ilə bu müddəti üç dəfə uzadıb. aia.az Tərcümə şöbəsi Geri dön |