Ana Sayfa > Karusel / Ölkə > Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək
Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcəkBu gün, 11:56. Yazar: sevinc1 |
![]() Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu barədə aia.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu, qismən Günəş tutulmasıdır. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq. aia.az Geri dön |