Ana Sayfa > Özəl > İspaniyanın baş naziri Sançes Rusiyanı da idman yarışlarından kənarlaşdırmağa çağırıb
İspaniyanın baş naziri Sançes Rusiyanı da idman yarışlarından kənarlaşdırmağa çağırıbBu gün, 19:22. Yazar: sevinc1 |
![]() İspaniyanın baş naziri Pedro Sançes Rusiyanın Ukraynaya müdaxiləsinə görə beynəlxalq idman yarışlarında tətbiq etdiyi sanksiyaların Qəzzada soyqırım törədən İsrailə də şamil edilməsini tələb edib. Sentyabrın 14-də Madriddə İspaniyanın La Vuelta velosiped yarışının final mərhələsi İsrail əleyhinə nümayişlər səbəbindən yarımçıq kəsildikdən sonra Sançes bu səhər parlamentdə təmsil etdiyi Sosialist İşçi Partiyasının (PSOE) üzvləri ilə görüşüb. İspaniya Qəzzada törətdiyi soyqırımlara görə İsrailə qarşı doqquz maddədən ibarət sanksiyalar qəbul edib. İspaniya İsrailin qəbul olunacağı təqdirdə Eurovision-da iştirak etməyəcəyinə işarə edir. İspaniyanın baş naziri Sançes velosiped yarışında İsrail əleyhinə nümayişlərdən qürur duyur. Nümayişlərdəki bəzi zorakılıqları pisləyərək, lakin İsrailin iştirakına dinc etiraz edərək La Vuelta-nın final mərhələsini pozan ispanlarla "qürur duyduğunu" təkrarlayan Sançes, İsrailin heç bir beynəlxalq turnirdə iştirak etməməsi lazım olduğunu söylədi. İspaniyanın baş naziri Sançes, "Bu barbarlıq bitənə qədər nə Rusiya, nə də İsrail heç bir yarışa qatılmamalıdır" dedi. İdman təşkilatçılarını "İsrailin beynəlxalq yarışlarda davamlı iştirakının etik mahiyyətini qiymətləndirməyə" çağıran Sançez, "Ukraynanın işğalından sonra Rusiya niyə idman yarışlarından kənarlaşdırıldı, amma Qəzzanın işğalından sonra İsrail niyə qovulmadı? İspaniya hökuməti olaraq bizim mövqeyimiz aydındır və bunu vətəndaşların böyük əksəriyyəti bölüşür" dedi. aia.az Tərcümə şöbəsi Geri dön |