Ana Sayfa > Manşet / Ölkə > Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olundu

Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olundu


Dünən, 19:33. Yazar: azer
Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü qeyd olundu

12 sentyabr 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhərin bölməsinin təşkilatçılığı ilə Muğam Mərkəzində Ümumdünya İlk Yardım Günü münasibətilə tədbir keçirilib. Keçirilməsi artıq ənənəyə çevrilmiş bu tədbir hər il sentyabr ayının ikinci şənbə günü qeyd olunur.

aia.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Səbinə Salmanova, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Mehriban Nəcəfova və Fərman Kazımov , AzQAC-ın məsul əməkdaşları və Sumqayıt şəhərinin müxtəlif təşkilatlarından nümayəndələri və könüllüləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova iştirakçıları, xüsusilə də məktəbliləri salamlayaraq, İlk Tibbi Yardımın insan həyatında və Cəmiyyətin təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edib. Həmçinin, AzQAC-ın bu istiqamətdə gördüyü işlər və maarifləndirmə fəaliyyətləri barədə geniş məlumat verib.

Milli Məclisin deputatı Səbinə Salmanova öz çıxışında gənclərin İlk Yardım sahəsinə marağını və bu günün əhəmiyyətini vurğulayaraq bu istiqamətdə biliklərin artırılması üçün tədbirlərin kecirilməsinin vacibliyini qeyd edib.

Daha sonra, AzQAC-ın könüllüləri ilk tibbi yardım mövzusunda hazırladıqları flashmob və səhnəcikləri nümayiş ediblər. Tədbir çərçivəsində keçirilən interaktiv sual-cavab sessiyalarında iştirakçılar öz biliklərini sınayıb, düzgün cavab verənlər isə AzQAC tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Sonda, xatirə şəkli çəkilib.
Geri dön