Ana Sayfa > Karusel / Özəl / Təhsil > QAH, QAH!... QƏRİBƏ GÜLMƏLİSƏN XANİMAN-XƏRAB!...

QAH, QAH!... QƏRİBƏ GÜLMƏLİSƏN XANİMAN-XƏRAB!...


Bu gün, 09:00. Yazar: sevinc1
QAH, QAH!... QƏRİBƏ  GÜLMƏLİSƏN XANİMAN-XƏRAB!...
BŞTİ Həmkarlar təşkilatı kimin mənafeyini qoruyur?
Əvvəlcə Mirzə Ələkbər Sabirə min kərə rəhmət oxuyub sonra keçirəm mətləbə.
Bakı Şəhər Təhsil İdarəsində hər yerdə olduğu kimi həmkarlar təşkilatı deyilən bir təşkilat var və bu təşkilatın həm də digər təşkilatlardan fərqli olaraq unikal tərəfi də var. Çünki bu təşkilat özündə bir kollektivdə işləyənləri yox, hardasa təxminən 400-ə yaxın kollektivin nümayəndələrini birləşdirir ki, bu da “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində qeyd edilən «həmkarlar ittifaqının ilk təşkilatı» dedikdə, istehsal və ya qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür” müddəası ilə tərs mütənasibdir. Amma bu pozuntunu ərsəyə gətirən kim və kimlər olsa yaxşıdır?
Düz tapdınız. Bu həngaməni çıxaran təhsil sahəsinə soxulub təhsili, təhsil işçilərini və pedaqoqları aşağılamaqdan başqa əllərindən bir şey gəlməyən “hüquqşünas London çocuqları”dır.
2017-ci ildə bu “qəhrəmanlar” daha çox pul qazanmaq yollarından birini də həmkarlar təşkilatında kəşf elədilər və bütün məktəb direktorlarına, direktor müavinlərinə əmr etdilər ki, bir nəfər kimi ərizə yazıb işlədikləri kollektivlərin həmkarlar təşkilatının qeydiyyatından çıxaraq XAHİŞ etsinlər ki, onları Bakı Şəhəri üzrə Təhsil İdarəsininin həmkarlar təşkilatında qeydə alsınlar. Yuxarıdan gələn əmrə tabe olaraq bütün direktor və direktor müavinləri bir günün içində işlədikləri kollektivdə yox, BŞTİ-də həmkarlar təşkilatının üzvü oldular və “Həmkarlar İttifaqı Haqqında” Qanunun tələbi beləcə pozuldu. Dərd burasıdır ki, bu pozuntuya ATİAHİ, onun o zamankı sədri Səttar Möhbalıyev cınqırını da çıxarmadı. Çünki “London cocuqları” belə istəyirdilər və belə də olmalı idi. Belə bir təşkilatın yaradılmasında iki məqsəd vardı:
Birincisi, həmkarlar təşkilatında yaxşı pul olmaqla, onu həzm-rabedən keçirmək çox asandır.
İkincisi, ipə-sapa yatmayan məktəb direktorlarını və direktor müavinlərini işdən qovmaq üçün kollektivin rəyinə, məktəb həmkarlar təşkilatının razılığına ehtiyac qalmır. Məsələ elə BŞTİ-də, həm də çox sakitcə həll olunur.
Məsələni də belə izah etdilər ki, direktor və direktor müavinləri BŞTİ-nin işçiləridir. Amma bir şeyi unutdular ki, ona qalsa BŞTİ-nin əməkdaşları Elm və Təhsil Nazirliyinin işçiləridir. Onda gərək bir zəhmət çəkib gedib oradakı həmkarlar təşkilatında qeydiyyata dursunlar.
Hazırda məktəb direktorları və direktor müavinləri BŞT həmkarlar təşkilatında, bağça müdirləri isə öz kollektiv təşkilatlarında qeydiyyatdadırlar(?). Niyəsini Nərminə xanımla Sevinc Rəsullu (Quliyeva) bilər.
Məsələ bunda da deyil. Dərd burasındadır ki, bu təşkilatda qanun pozuntuları bir yana, təşkilat özü öz üzvlərinin qanına susayıb. Ayda filan qədər üzvlük haqqı ödəyən direktor və direktor müavinləri öz təşkilatlarının əlində girovdur və hər an onların kəndiri kəsilə bilər. İndi bu işin mexanizminə qısa bir nəzər salaq:
BŞTİ həmkarlar təşkilartının sədri Sevinc Quliyeva (Rəsullu) eyni zamanda İnsan Resursları Sektorunun əməkdaşıdır. Onun nə zaman, hansı konfransda necə həmkarlar təşkilatına sədr seçildiyini bilən, görə varsa bir zəhmət şərhdə yazsın. Amma bildiyimə, daha doğrusu eşitdiyəm görə təşkilatın Sevinc xanımdan əvvəlki sədri, İdarənin hüquqşqnası Türxan bəy olub. Sonra da ailə podartı olduğundan sədrliyi bağışlayıb zövcəsinə.

BŞTİ-nin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Nərminə Hüseynova ipə-sapa yatmayan, yəni ki, könüllü ərizə yazıb mürəxxəs olmaq istəməyən direktor və yaxud direktor müavinini işdən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən çıxarmaq üçün həmkarlar təşkilatına məktub yazır ki, bəs filankəs filan günahların yiyəsidir, ona görə də mən onu işdən qovuram, sən nə deyirsən? Belə məktubların əksəriyyətinin layihəsini də təbiidir ki, İRS-də çalısan Sevinc Quliyeva hazırlayır, Nərminə xanım imzalayır və yenidən Sevinc Quliyevanın sədrliyi ilə həmkarlar təşkilatında müzakirə olunub qərar verilir. Əlbəttə ki bu qərar Nərminə xanım necə istəyirsə də elə o cür də qəbul olunur, “günahkların” cəzalandırılmasına yekdilliklə səs verilir. Yəni ki, yazan da Şurudur, pozan da. Sevinc Quliyeva( Rəsullu) da həmkarların hesabına direktor və direktor müavinlərinin üzvlük haqqı hesabına formalaşan büdcənin pulunu öz dədəsinin malı kimi xərcləyir, ona da gözün üstə qaşın var deyən tapılmır. Nədən ki, əl əli yuyur, əl də üzü. Anlada bildimmi?
Həmkarlar təşkilatının müstəqilliyi, qərar qəbul etməkdə sərbəstliyi harada qaldı, onu deyə bilmərəm. Xaricdə təhsil(?) almaqları ilə öyünən bu hüquqşünasların pedaqoji cameənin başına gətirdikləri oyunun bir nümunəsi də budur.
Həyat yoldaşı BŞTİ-nin hüquqşünası, özü İnsan Resursları sektorunun əməkdaşı olan, katibəlikdən məsləhətçi vəzifəsinə necə hoppandlığı məlum olmayan Sevinc Quliyeva rəhbərliyə o qədər sədaqətlidir ki, indiyə qədər özünün özünə yazdığı məktubların birinə də yox deməyib.
Burada bir “bərəkallah!” deyib keçirəm digər məsələyə.
İllərdir həmkarlar təşkilatına üzvlük haqqı ödəyən məktəb direktorları və direktor müavinləri 10 aylıq gərgin işdən sonra istirahət etmək üçün yollayış (putyovka) üzünə həsrət qalıblar. Bu il imkanı olanlar öz hesabına dincəldilərsə də, imkanı olmayanlar Sevinc xanımın mərhəmətindən uzaqda qaldılar. Buna da bir bərəkallah deyəndən sonra dərdimi dağıtmaq üçün rəhmətlik Mirzə Ələkbər Sabirin aşağıdakı şeirini zikr edirəm:

Еy annın ay, üzün Günəş, еy qaşların kəman!
Cеyran gözün, qarışqa xəttin, kakilin ilan!

Alma çənən, çənəndə zənəxdan dərin quyu,
Kipriklərin qamış, dоdağın bal, tənin kətan!

Bоynun sürahi, bоy-buxunun bir uca çinar,
Əndamın ağ gümüş, yanağın qırmızı ənar!

Xalın üzündə buğda, başında saçın qürab,
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..

Qoy indi cənab nazir Emin Əmrullayev desin görüm bu boyda həngamənin baş verdiyi təhsil sahəsində ekspert olmağa dəyərmi? Bütün dünyanın təhsil ekspertləri yığılıb gəlsə belə bu hoqqabazlıqdan baş aça bilməzlər. Nədən ki bu hoqqabazlıqları təhsilə soxulub şəbəkələşmiş bir qrup “LONDON COCUĞU” ( onların əslində hansı şəbəkənin üzvü olması haqda ciddi araşdırmalarımız davam edir) çıxarır.

P.S. Həmkarlar İttifaqında aparılan islahatlar BŞTİ-yə doğru yol alıb deyirlər. İnşallah ki, AHİK rəhbərliyi ən azından özlərinə hörmət edirsə bu qanun pozuntusunun qarşısını gec də olsa ala bilərlər. Təbii ki əgər almaq istəsələr.

Şəmsi Qoca
Geri dön