Ana Sayfa > İdman > "Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək
"Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcəkBu gün, 09:47. Yazar: sevinc1 |
![]() Misli Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək. aia.az xəbər verir ki, ilk olaraq "Araz-Naxçıvan" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 17:45-də start götürəcək. Hesabında 7 xal olan Naxçıvan klubu üçüncü pillədə qərarlaşıb. Üç qarşılaşmanın hamısında uduzan "Kəpəz" sonuncu - 12-ci sıradadır. Günün ikinci matçında "Qarabağ" "Zirə"ni qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" 3 xalla yeddinci, "Zirə" isə 7 xalla birinci yerdədir. Azərbaycan Premyer Liqası I dövrə, IV tur 12 sentyabr 17:45. "Kəpəz" – "Araz-Naxçıvan" Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ şəhər stadionu 20:00. "Qarabağ" – "Zirə" Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov. VAR: Nicat İsmayıllı. AVAR: Əli Əliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. "Azərsun Arena" Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq. aia.az Geri dön |