Ana Sayfa > Özəl > Avropalıların ömür uzunluğu 81,7 yaşa yüksəlir
Avropalıların ömür uzunluğu 81,7 yaşa yüksəlirDünən, 20:39. Yazar: sevinc1 |
![]() Avropa İttifaqı (Aİ) ölkələrində gözlənilən ömür uzunluğu 81,7 yaşa çatıb. Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ildə Aİ ölkələrində gözlənilən ömür uzunluğuna dair məlumatları dərc edib. Məlumata görə, Aİ ölkələrində gözlənilən ömür uzunluğu əvvəlki illə müqayisədə 0,3 il artaraq 81,7 yaşa çatıb. Aİ ölkələri arasında ən uzun ömür uzunluğu İtaliya və İsveçdə 84,1 il, İspaniyada 84, Lüksemburqda 83,5 və Maltada 83,3 il olub. Fransada gözlənilən ömür uzunluğu 83,1 il, Almaniyada 81,5 il, ən aşağı göstərici isə Bolqarıstanda 75,9, Rumıniyada 76,6 və Latviyada 76,7 ildir. aia.az Tərcümə şöbəsi Geri dön |