Ana Sayfa > Özəl > Fəal Kirk üzərində ideoloji yazılar olan güllələrlə öldürülüb

Fəal Kirk üzərində ideoloji yazılar olan güllələrlə öldürülüb


Dünən, 19:39. Yazar: sevinc1
Fəal Kirk üzərində ideoloji yazılar olan güllələrlə öldürülüb

Mühafizəkar fəal Çarli Kirk ideoloji yazıları olan güllələrlə öldürülüb, The Wall Street Journal (WSJ) yazır.
Nəşr iddia edir ki, istifadə edilən güllələrin üzərində transgender və antifaşist ideologiyası həkk olunub.

Cümə axşamı ABŞ prezidenti Donald Tramp Çarli Kirki ölümündən sonra Prezident Azadlıq medalı ilə təltif edəcəyinə söz verib.

Kirk sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı boynundan güllə yarası alıb.Mühafizəkar fəal ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və həkimlərin səyinə baxmayaraq, o, sağ qala bilməyib.

Daha sonra Tramp 31 yaşlı Kirkin ölümünü təsdiqləyib. Polisin məlumatına görə, atəş yaxınlıqdakı kampusun damından açılıb. Atıcı hələ tutulmayıb, FTB araşdırma aparır.

aia.az
Tərcümə şöbəsi
Geri dön