Ana Sayfa > Parlament > Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda

Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda


Dünən, 19:12. Yazar: azer
Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri, Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramid Namazov Çin Xalq Respublikasında səfərdədir.
Səfərdə komissiya sədri Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə “Qlobal tərəfdaşlığın qurulması, davamlı inkişafa birgə töhfə verilməsi” mövzusunda keçirilən Dostluq Mübadiləsi üzrə Parlamentarilər Forumunda iştirak edəcək, forumun Pekin və Urumçi şəhərlərində keçiriləcək tədbirlərinə qatılacaq.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər sentyabrın 17-də başa çatacaq.

Geri dön