Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > Bakıda biabırçılıq: “Prado” sürürsənsə piyadanı əzməlisən? – VİDEO
Bakıda biabırçılıq: “Prado” sürürsənsə piyadanı əzməlisən? – VİDEO23-09-2015, 14:39. Yazar: admin |
Yol polisi də göz yumur. Bakının mərkəzində piyada keçidində insanlara qarşı mədəniyyətsizlik edən sürücünün videosu yayılıb. videodan görünür ki, İstiqlaliyyət küçəsində piyada keçidində bir qrup insan zebradan yolu keçir. Digər maşınlar dayanıb piyadalara yol versə də, qara rəngli “Prado” markalı avtomobil insanların üstünə yeriyir və təhlükəli vəziyyət yaradaraq hərəkəti davam etdirir. Maraqlısı odur ki, 30 metr irəlidə yol polisləri bu mənzərəni görsələr də, “Prado”nu saxlatmırlar.Oxu.Az [media=https://youtu.be/KWvjkh6-vjU] Geri dön |