Ana Sayfa > Özəl > Fransada Makron əleyhinə keçirilən etiraz aksiyalarında 540 nəfər saxlanılıb
Fransada Makron əleyhinə keçirilən etiraz aksiyalarında 540 nəfər saxlanılıbBu gün, 12:46. Yazar: sevinc1 |
![]() Fransada ötən gün prezident Emmanuel Makron əleyhinə keçirilən nümayişlər zamanı 540 nəfər saxlanılıb. Bu həftə Fransada sağ mərkəzçi Fransua Bayru hökumətinin süqutundan sonra Sebastien Lecornu yeni baş nazir təyin olundu və dünən ölkədə Makronun siyasətinə qarşı etirazların şahidi oldu. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 yerdə keçirilən etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib. “Hər şeyi dayandıraq” şüarı ilə təşkil edilən etiraz aksiyaları zamanı 211-i Parisdə olmaqla 540 nəfər saxlanılıb. Etirazlar paytaxt Paris, Lion və Renn şəhərlərində zorakılıqlarla yadda qalıb. Etirazçılar polisə müxtəlif əşyalar atıb, yandırdıqları zibil qutuları ilə yolları bağlayıb, polis isə müdaxilə etmək üçün gözyaşardıcı qaz və şırnaqlardan istifadə edib. aia.az Tərcümə şöbəsi Geri dön |