Ana Sayfa > Ölkə > Dənizdə dalğanın hündürlüyü 3 metrdir -
Dənizdə dalğanın hündürlüyü 3 metrdir -Bu gün, 11:11. Yazar: sevinc1 |
![]() Sentyabrın 11-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3 metrdir. aia.az Geri dön |