Ana Sayfa > Karusel / Dünya > Netanyahu Qətərə çağırış etdi -
Netanyahu Qətərə çağırış etdi -Bu gün, 10:05. Yazar: sevinc1 |
![]() İsrailin baş naziri Benyamin Netanyahu Qətərdən HƏMAS üzvləri ilə bağlı çağırış edib. aia.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi açıqlama yayımlayıb. Qətər rəsmilərinə müraciət edən Netanyahu HƏMAS rəsmilərinin ölkədən çıxarılmasını və ya onların məsuliyyətə cəlb olunmasını tələb edib. Netanyahu həmçinin Dohada HƏMAS üzvlərinə qarşı hücumun legitimliyini müdafiə edərək, 7 oktyabr hücumlarını ABŞ-dəki 11 sentyabr hücumları ilə müqayisə edib. Qətər Xarici İşlər Nazirliyi Netanyahunun açıqlamalarını “ehtiyatsızlıq” adlandırıb. Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani CNN telekanalına müsahibəsində İsrail ilə məsləhətləşmələr aparıldığını bildirib. aia.az Geri dön |