Ana Sayfa > Özəl > Ukrayna Qətərlə həmrəy olduğunu bildirib
Ukrayna Qətərlə həmrəy olduğunu bildiribDünən, 20:09. Yazar: sevinc1 |
![]() Ukrayna Xarici İşlər Nazirliyi İsrail ordusunun Dohaya endirdiyi zərbədən sonra Qətərlə həmrəy olduğunu bildirib. Bəyanat idarənin rəsmi Telegram kanalında dərc olunub. “Biz Qətər Dövlətinin hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir və onun suverenliyinin pozulmasının yolverilməzliyini vurğulayırıq”, - bəyanatda deyilir. Nazirlik həmçinin Dohanın sıx məskunlaşdığı əraziyə edilən tətili qəbuledilməz adlandırıb. Departamentdən qeyd olunub ki, burada xüsusilə xarici diplomatik nümayəndəliklər yerləşir. Sentyabrın 9-da Dohada bir neçə partlayış baş verib. Səbəb İsrail ordusunun Fələstinin radikal HƏMAS qruplaşmasının qərargahına zərbə endirməsi olub və həmin vaxt onun rəhbərliyinin toplantısı keçirilirdi. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi ölkənin HƏMAS liderlərinə qarşı əməliyyat keçirdiyini və buna görə məsuliyyət daşıdığını təsdiqləyib. Bununla belə, ofis əməliyyatın keçirildiyi yer kimi birbaşa Qətəri qeyd etməyib. Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman bin Casim Al Tani bildirib ki, Doha İsrailə cavab vermək hüququnu özündə saxlayır və onun suverenliyinin pozulmasına dözməyəcək. aia.az Tərcümə şöbəsi Geri dön |