Ana Sayfa > Manşet / Siyasət > Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıranda Avropa reallığını görürdü"
Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıranda Avropa reallığını görürdü"Dünən, 18:31. Yazar: azer |
![]() Macarıstanın xarici işlər naziri nəşri bu gün Budapeştdə Azərbaycanla İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası ilə bağlı paylaşıb. "15 il əvvəl biz Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında tərəfdaşlıq münasibətləri qurmağa başlayanda bəzi Avropa liderləri bizi məsxərəyə qoydular və mühazirə oxudular. Bu gün eyni liderlər prezidentlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar", - Siyarto sosial şəbəkədə yazıb. Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, Macarıstana ağıllı və uzaqgörən lider rəhbərlik edir. Azər Badamov Azər Badamov “15 il əvvəl Macarıstan Azərbaycanla münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasına imza atanda Avropanın bugünki reallığını görürdü. Halbuki, Avropa İttfaqına daxil bəzi ölkələr Macrıstanın Azərbaycanla ikitərəfli münasibətləri qurmağını məsxərəyə qoyurdular. Amma Macarıstan Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında ikitərəfli münasibətləri qurdu və bu gün onun faydasını görür. Macarıstanın dövlət başçısı Prezident İlham Əliyevin uzaqgörən siyasətini yaxşı başa düşürdü və ona görə də ölkəmizin təşəbbüs göstərdiyi beynəlxalq layihələri bəzilərindən fərqli olaraq dəstəklədi. Azərbaycan TAP layihəsi ilə bağlı təşəbbüs göstərəndə bəzi Avropa liderləri bu layihəni uğursuz hesab etdilər. Çünki, o vaxtı Avropa ölkələri rahat şəkildə mövcud marşrutlar üzrə karbohidrogen resurslardan istifadə edirdilər. Amma onlar sonra baş verə biləcək hadisələri hesablaya bilmədi. Məhz TAP layihəsinin başa çatdığı dövrdə Avropada reallıqlar dəyişildi və Azərbaycan qazına kəskin ehtiyac yarandı. Bu gün Azərbaycan Avropanın 10, Aİ-nin üzv 8 ölkəyə mavi yanacağı ixrac edir. Bu gün Azərbaycanın qazı Avropanın enerji təhlükəsizliyinin yeganə alternativinə çevrildi. Macarıstanın XİN rəhbəri Siyartonun "vaxtilə Azərbaycanla əməkdaşlıq etməkdən çəkinən bəzi Avropa liderlərin bu gün Prezident İlham Əliyevlə görüşmək üçün növbəyə düzülür" deməsi bu günün reallığıdır”-deyən deputat qeyd edib ki, bu gün Azərbaycan Macarıstan əlaqələri günü-gündən dərinləşir. Azər Badamovun fikrincə, münasibətlərimizin möhkəmlənməsi ölkələrimizi bir-birinə yaxınlaşdırmaqla yanaşı, həm də qarşlıqlı fayda gətirir. İradə Cəlil Geri dön |