Ana Sayfa > Ölkə > Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublarDünən, 12:59. Yazar: sevinc1 |
![]() Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb. Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. aia.az Geri dön |