Ana Sayfa > Gündəm > Əfv Komissiyasının növbəti iclası keçirilib

Əfv Komissiyasının növbəti iclası keçirilib


17-02-2017, 16:54. Yazar: admin
Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə AzVision.az-a Komissiyanın üzvü Rəşad Məcid bildirib. Komissiya üzvü deyib ki, görüşdə 100-ə qədər müraciətə baxılıb: “Müraciətlərin təqribən yarısına müsbət rəy verilib”.

R.Məcid qeyd edib ki, növbəti iclas gələn həftə keçiriləcək.

Qeyd edək ki, ümumilikdə komissiyaya 800-dən artıq müraciət daxil olub.
Geri dön