Ana Sayfa > Manşet / Dünya > Ərdoğan müxalifətə xəbərdarlıq etdi
Ərdoğan müxalifətə xəbərdarlıq etdiBu gün, 09:46. Yazar: sevinc1 |
![]() Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib. aia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan bildirib: "Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik". Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib. Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb. aia.az Geri dön |