Ana Sayfa > Gündəm > Sekuta Xocalıdan olan məcburi köçkünlə görüşdü

Sekuta Xocalıdan olan məcburi köçkünlə görüşdü


17-02-2017, 16:36. Yazar: admin
Sekuta Xocalıdan olan məcburi köçkünlə görüşdü

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xocalıdan olan məcburi köçkün Tofiq Cəbyarılovla görüşüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

“Bu gün səfir Sekuta məcburi köçkün olan iş adamı Tofiq Cəbrayılovla görüşüb. Görüş zamanı Səfir onun həyat təcrübəsindən və 25-26 fevral 1992-ci ildə Xocalıda baş verən faciəli hadisələrdən sonra irəli getmək üçün necə yol tapması haqqında onunla söhbət edib. Cənab Cəbrayılov kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaq üçün zəhmətlə çalışıb. "Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq", söylədi və səfir Sekuta həmçinin qeyd etdi ki, "Daimi yol axtararaq irəli addımlayan və ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram””, – deyə səfirliyin yaydığı məlumatda bildirilir.

AİA.az
Geri dön